Ötən gün gecə saat 2 radələrində Binəqədi rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 31 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Avtomobilə vurduqları yanacaq müqabilində 20 manatlıq saxta əsginas verən R.Həsənov və P.Hüseynov Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlar Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.