Binəqədi rayonunda bir avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
RPİ 40-cı Polis Bölməsinə Sulutəpə qəsəbəsi ərazisindən “VAZ-2107” markalı bir avtomobilin qaçırılması haqda məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş M.Mamayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.