Bakının prospektlərinin birində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“20 Yanvar” dairəsi istiqamətində yüksək sürətlə hərəkət edən “Volkswagen” markalı nəqliyyat vasitəsi Ayna Sultanova körpüsündə idarəetmədən çıxaraq işıq dirəyinə çarpılıb və əks istiqamətə çıxıb. Daha sonra avtomobil digər “Volkswagen” və “Opel”ə çarpılıb.
Nəticədə 2 nəfər xəsarət alıb. Ərazidə tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[URIS id=85969]