Bakının Binəqədi rayonunda, Ziya Bünyadov prospektində xəsarətlə nəticələnən zəncirvari qəza baş verib. Bu haqda bu gün, 27 aprel tarixində APA məlumat verib.
“Mercedes”, “Skoda”, “VAZ-2107” və “Daewoo” markalı minik avtomobilləri yük avtomobilinə çarpılıb. Toqquşma nəticəsində “Daewoo” avtomobili yanıb, “VAZ-2107” isə deformasiyaya uğrayıb.
İlkin məlumata görə, qəzada üç nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.
[URIS id=98502]