Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Prospektin “20 yanvar” dairəsi istiqamətində tıxacda olan zaman “Prius” markalı avtomobil “Prado” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Nəticədə ərazidə güclü sıxlıq yaranıb.
Araşdırmalar davam edir.