Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində 4 avtomobil zəncirvari qəzaya uğrayıb. Bu haqda bu gün, 2 iyun tarixində APA məlumat verib.
“Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən “Howo” markalı yük avtomobilini idarə edən sürücü sükana nəzərəti itirərək “Mercedes” markalı avtomobilə çarpılıb. Zərbənin gücündən “Mercedes” qarşısında olan “Opel” və “Hyundai” markalı nəqliyyat vasitələrini vurub.
“Mercedes”in sürücüsü Məzahir Babaşovun sözlərinə görə, qəza yük maşının sürücüsünün sürət həddini aşması nəticəsində olub. Hadisə baş verdikdən sonra ərazidə bir neçə saat tıxac müşahidə olunub.
Qəzanın səbəbləri müəyyən edilir.
[caption id="attachment_102188" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]