Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 20 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“KamAZ” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək “Nissan” markalı nəqliyyat vasitəsinə arxadan çarpılıb. Qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinə də ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.