Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Poladəritmə zavodunun qarşısında baş verib. Qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.
Sürücülərdən yoldakı vəziyyəti nəzərə almaları xahiş olunur.