Ziya Bünyadov prospektində qəza baş verib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Hadisə Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. Nəticədə metronun ”20 Yanvar“ və "Koroğlu" stansiyaları istiqamətlərində sıxlıq yaranıb.