Zuğulba şosesində yol qəzası baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Zuğulba və Mərdəkan şoselərinin kəsişməsində, körpünün altında qeydə alınıb. “BMW” markalı nəqliyyat vasitəsi dönmə hərəkəti edən zaman idarəetmədən çıxıb və bordürə çarpılıb. Nəticədə avtomobilə maddi ziyan dəyib.
Araşdırmalar davam edir.