Bakının İçərişəhərində “Ənənəvi Novruz” adlı festival keçirilib. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az məlumat verir.
Novruz şənliklər tarixi Hacı Bani hamamında yerləşən “ABAD” etno-butikində baş tutub.
Qonaqlar meydan tamaşalarına baxıb, yumurta döyüşü və digər oyunlarda iştirak ediblər.
Butikdə qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, eləcə də “ABAD”ın bir neçə yenilikləri təqdim olunub. Novruz falı və ustad dərsləri xüsusi maraqla qarşılanıb.
Oyunlarda qalib gələnlər hədiyyələr qazanıblar.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/03/sequence-01_22.mp4"][/video]