“Azərbaycan Cinema”da aprelin 18-də saat 19:00-da İsmayıl Səfərəli və Mariya Zelinskayanın “Balıqçının qızı” bədii filmi nümayiş olunacaq. Bu haqda bu gün, 11 aprel tarixində Bakuplus.az məlumat verir.
Balıq tutarkən yoxa çıxan atasının ölümünə inanmayan Sara açıq dənizə onun axtarışına çıxır.
Filmin rejissoru İsmayıl Səfərəli, prodüserlər - S. Melkumov, M. İbrahimova, A. Rodnyanski. Rolları Həmail Həsənova, Qurban İsmayılov, Günəş Mehdizadə, Rasim Cəfər və başqaları canlandırıblar.
Filmin müddəti 88 dəqiqədir. Giriş sərbəstdir.