Dekabrın 5-də saat 20:00-da Heydər Əliyev Sarayında Alim Qasımov və Fərqanə Qasımovanın "Leyli və mən" adlı solo konserti keçiriləcək. Bu haqda bu gün, 7 oktyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
Konsert Üzeyir Hacıbeylinin “Leyli və Məcnun” operası əsasında hazırlanıb. Tədbirin bədii rəhbəri Tural Məmmədlidir. Əlavə olaraq səhnədə Ethnoclass orkestri çıxış edəcək.
Biletlərin qiyməti 40-240 manat arasında dəyişir. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək olar.