Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevin doğum günündə onun vaxtilə işlədiyi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yaradıcılıq otağı açılıb. Bu haqda bu gün, 18 yanvar tarixində 1News məlumat verib.
Quliyev 2021-ci il aprelin 16-da Bakıda ürək tutmasından dünyasını dəyişib.
“Bir cənub şəhərində”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir bu dünya…”, “Girov”, “Dərvişin qeydləri” filmlərinin rejissoru olub. Ümumilikdə Eldar Quliyevin filmoqrafiyasına 20-dən çox film daxildir.
Kinostudiyada məşhur kinematoqrafçıların çalışdığı iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı oxşar təşəbbüs həyata keçirilir - “Azərbaycanfilm”də Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Səyidbəylinin yaradıcılıq otaqları var.