Bakıda kukla muzeyi fəaliyyət göstərir. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.
İçərişəhərdə yerləşən mədəniyyət ocağında müxtəlif ölkələrdən gələn 100-ə yaxın kukla nümayiş etdirilir. Burada olan kuklaların hər biri əl işidir, geyimləri ipəkdəndir, saçları təbiidir. Kuklaların Rusiya, Ukrayna, Yaponiya, Latviya, Estoniya və İtaliya kimi ölkələrdən gətirildiyi bildirilir.
Bütün kuklaların öz tarxiçəsi var və gəldikləri ölkələr qeyd olunub.