Bakıda oktyabrın 8-də yazıçı Nigar Arifin “Adamların yağışı” kitabının təqdimatı və imza günü keçiriləcək. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Görüş saat 14:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil olunacaq.
Tədbirdə iştirak sərbəstdir. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).