Azərbaycan Milli Xalça Muzeyində oktyabrın 11-də “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq. Sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin kolleksiyası təqdim olunacaq. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az məlumat verir.
c II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə 40-dan artıq eksponat mövcuddur.
Sərgidə qazax xalqının minilliklər boyu köçəri həyat tərzi keçirərək formalaşmış zəngin mədəniyyətini, dünyagörüşünü və nadir adət-ənənələrini əks etdirən xovlu və tüysüz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik məmulatları, toxuculuq alətləri, məişət əşyaları, qoşqular və digər əşyalar nümayiş etdirilir.
Ekspozisiyada yüksək bədii və tarixi əhəmiyyətə malik “kilem” ənənəvi qazax kiçik formalı xalçaları xüsusi yer tutacaq.
Sərgi oktyabrın 18-nə kimi davam edəcək.