Şirvanşahlar Sarayı Kompleksində “Milli Qurama Festivalı” çərçivəsində “Qurama” sərgisinin açılış mərasimi keçirilib. Bu haqda BakuPlus.az Səbail Rayon İcra Hakimiyyətinə istinadən bu gün, 25 noyabr tarixində xəbər verir.
Mərasimdə “İçərişəhər” DTMQ İdarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə qonaqları salamlayaraq qurama sənətinin yaranması, bu sənət növünün inkişafında görülən tədbirlərdən söz açıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və digər qonaqlar tədbirin iştirakçıları arasında olublar.
[caption id="attachment_80644" align="alignnone" width="640"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]