Bakıdakı Rus Evində pianoçu və bəstəkar Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Sərgidə həm tanınmış, həm də gənc rəssamların əsərləri nümayiş olunur.
Tədbirdə Bakı Musiqi Akademiyasının musiqiçilərinin ifasında pianoçunun əsərləri səsləndirilib. Tamaşaçılara SSRİ və Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun Raxmaninovun romansını ifa etdiyi videoçarx təqdim olunub.
Sərginin kuratoru beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyevadır.