Bakının “Libraff” mağazalarının ˝Park Akademiya˝ filialında sənətşünas, ssenarist Nadir Bədəlovun ssenari yaradıcılığına həsr olunmuş "Kino gözlə söz arasında" kitabının təqdimatı və imza günü keçiriləcək. Tədbir 8 aprel saat 12:00-da baş tutacaq. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az məlumat verir.
Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə keçiriləcək. Giriş sərbəstdir.
Ünvan: Hüseyn Cavid prospekti, 100, "Elmlər Akademiyası" m/s-nın əsas girişi ilə üzbəüz yeni tikilinin altı.