Məşhur Türkiyəli müğənninin Bakıda çıxış etmək üçün alacağı pulun miqdarı bəlli olub. Bu haqda bu gün, 6 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Türkiyənin meqastarı Tarkanın Bakıda keçiriləcək toylardan birində çıxış edəcəyi bildirilir. Onun 1 saatlıq konsertinə görə 1 milyon AZN ödəniləcəyi iddia olunur.
Toyun cari ilin mart ayında baş tutacağı qeyd olunub.