Dünyaca məşhur Britaniyalı muğənni Bakıya gəlir. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
"Another Love", "Real Love", "Heal" və "Grow Old With Me" mahnıları ilə tanınan Tom Odell paytaxt səhnəsində çıxış edəcək.
Tom Odell 7 yaşında pianoda ifa etməyə və daha sonra öz mahnılarını bəstələməyə başlayıb. O, ən yaxşı kişi solo albomu üçün "BRIT Awards" mükafatını alıb.
Tədbir 21 iyun tarixində saat 20:00-21:30 arası Bakı Konqres Mərkəzində baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Biletlər 40-390 AZN arasında dəyişir.