Azərbaycan Dövlət Akademik Filarmoniyasının oktyabr ayı üçün tədbirlər planı açıqlanıb. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirlər planı:
- 7 oktyabr 19:00 – Azərbaycan Dövlər Xalq Çalğı Alətləri Orkestrinin konserti;
- 10 oktyabr 19:00 – Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert (ifaçılar: Əli Məmmədov, İlya Şmulker, Çi-Çi, Yanqrey Tsay);
- 11 oktyabr 19:00 – Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosunun konserti;
- 12 oktyabr 19:00 – Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert (ifaçılar: Anastasiya Vorotnaya, Sergey Belyavski, İskəndər Məmmədəliyev);
- 14 oktyabr 19:00 – Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert (ifaçılar: David Xrikuli, Stanislav Yudeniç, Murad Adıgözəlzadə);
- 17 oktyabr 19:00 – “Simurq” layihəsi çərçivəsində konsert;
- 18 oktyabr 19:00 – Lalə Əhmədovanın “Vətənim Azərbaycandır” adlı solo konserti;
- 20 oktyabr 19:00 – Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti.
Biletləri filarmoniya və şəhər kassalarından və yaxud onlayn əldə etmək mümkündür.