Şuşa Dövlət Musiqili Dram Teatrında fevralın 11-də “Solğun çiçəklər” tamaşası səhnəyə qoyulacaq. Bu haqda bu gün, 6 fevral tarixində Bakuplus.az məlumat verir.
Tamaşa görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında rejissor Lalə Şirinovanın quruluşunda hazırlanıb.
"Solğun çiçəklər" əsəri Sara adlı qızın əmisi oğluna olan məhəbbətindən və Saranın analığı olan Gülnisənin cinayətindən bəhs edir. Gülnisə Saranın atasını zəhərləməklə kifayətlənməyib onun bütün var dövlətini də ələ keçirmək istəyir. Bütün bunları üzə çıxarmamaq üçün Bəhramı Saradan ayırıb öz qızı ilə evləndirir.
Biletləri şəhərin kassalarından və onlayn əldə etmək olar.