Bakıdakı Rus Evində (RİMM) 7 mart tarixində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert olacaq. Bu haqda bu gün, 4 mart tarixində BakuPlus RİMM-in mətbuat xidmətinə istinadən xəbər verir.
Saat 19:00-da başlayacaq konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə hazırlanıb.