Azərbaycanlı müğənni Hiss “Formula 1”də çıxış edəcək. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az ifaçının səhifəsinə istinadən xəbər verir.
Belə ki, müğənni öz sosial şəbəkə səhifəsində paylaşım edərək yarışın əsas artisti olacağını bildirib.
“Qardaşınız “Formula 1”in əsas artisti olaraq açılışını edəcək. Məndə də söz qalmır ey. Bu gün reklam çarxını çəkdik. Postu sabah paylaşacağam”, - deyə müğənni qeyd edib.
“Formula 1” Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək.