Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Payızı 2023 - 35 il sonra” festivalı bərpa olunur. Bu haqda bu gün, 28 mart tarixində Report məlumat verib.
Layihənin əsas məqsədlərindən biri dünya azərbaycanlılarını birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır.
Festivalın təşkilatçılarından biri, tanınmış azərbaycanlı pianoçu, bəstəkar və musiqi prodüseri, əməkdar artist Emil Əfrasiyab qeyd edib ki, layihə təkcə vokalda deyil, daha dörd nominasiyada böyük müsabiqəyə çevriləcək: qrup ifası, orijinal janr, xoreoqrafiya və bəstəkarlar.
O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.