Bakının Elektra Events Hall-unda "Каспийский груз" qrupun 10 illik yubileyinə həsr olunmuş konserti iyunun 17-də baş tutacaq. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az məlumat verir.
Bu, “Табор уходит в небо”, “Доедешь - пиши”, “Сам все знаю” və digər trekləri ilə tanınan qrupun doğma şəhərində keçirəcəyi ilk konsertdir.
Biletlərin qiyməti 40 manatdan başlayır. Biletləri şəhərin kassalarından və onlayn əldə etmək mümkündür.