Türkiyəli məşhur müğənni İbrahim Tatlıses Bakıya gəlir. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az İticket.az saytına istinadən xəbər verir.
“Mavişim”, “Haydi söyle”, “Aramam” kimi mahnıları ilə milyonların sevgisini qazanmış məşhur müğənni İbrahim Tatlıses paytaxt səhnəsində çıxış edəcək.
Tədbir 20 may saat 20:30-22:30 arası “Baku Crystal Hall”da baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymətlər 45-500 AZN arası dəyişir.