Milli Xalça Muzeyində fəlsəfə doktoru mühazirə keçəcək. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az muzeyə istinadən xəbər verir.
“Azərbaycanın qədim incəsənət nümunələrində və XIX-XX əsrlərə aid xalçalarında quş təsvirləri” adlı mühazirədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Səltənət Rzayeva çıxış edəcək. Tədbirdə tunc və dəmir dövrlərinə aid metal, keramika məmulatlarının, həmçinin xalçalarımızın üzərindəki quş təsvirləri, onların daşıdığı mənalar barədə ətraflı məlumat veriləcək.
Mühazirə 8 aprel 2023-cü il saat 16:00-da başlayacaq. İştirak üçün öncədən qeydiyyat vacibdir.