“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub. Bu haqda bu gün, 29 dekabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Sərgidə Azərbaycanın gənc rəssam və heykəltaraşlarının hazırladıqları şam ağacının ənənəvi görünüşünün 20 yaradıcı şərhi nümayiş olunub.
Yeni il kompozisiyaları mərmər, kağız, məftil, gil, metal, ağac, poliester və digər müxtəlif materiallardan hazırlanıb.
Tədbir İncəsənət Mərkəzinin müəllimi İlhamə Babayevanın vokal müşayiəti ilə ekstatik dens (sərbəst rəqs praktikası) ilə başa çatıb.
[URIS id=124902]