Bakı İdman Sarayında (keçmiş Əl oyunları sarayı) 8-11 aprel tarixlərində II Uşaq Kitab Festivalı keçiriləcək. Bu haqda bu gün, 7 aprel tarixində Bakuplus.az məlumat verir.
Sərgidə on minlərlə kitabın endirimli qiymətlərlə satışı, master-klaslar, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil olunacaq. Festivalda, həmçinin məşhur uşaq yazıçılarından imzalı kitablar əldə etmək, onlarla şəkil çəkdirmək mümkün olacaq.
Tədbirin təşkilatçıları "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyidir.
İş saatları: 10:00-19:00.
[caption id="attachment_96454" align="alignnone" width="640"]
Foto Azərbaycan Nəşriyyatları Assosiasiyasının Facebook səhifəsi[/caption]