Xalq yazıçısı Anar Rzayevə orden verilib. Bu haqda bu gün, 15 mart tarixində Bakuplus.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.
Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Ötən gün Anar Rzayevin 85 yaşı tamam olub.