Bakılı rejissor Asif Rüstəmovun filmi Estoniyada mükafata layiq görülüb. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
“PÖFF Tallinn Black Nights” (“Qara gecələr”) beynəlxalq festivalında azərbaycanlı rejissorun “Mərmər soyuğu” adlı bədii filmində çəkilən Xalq artisti Qurban İsmayılov “Ən yaxşı aktyor” nominasiyasında qalib olub.
Festivalda 23 film nümayiş olunub. Azərbaycandan burada ilk dəfə iştirak ediblər. “PÖFF Tallinn Black Nights” müsabiqəsi 2016-cı ildə təsis olunub və qısa müddətdə 30-dan artıq ölkədən 700-ə yaxın film işıqlandırmağı bacarıb.