Tanınmış ifaçı Orxan Zeynallı yenidən 2 günlük konsert verəcək. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az ifaçıya istinadən xəbər verir.
“6 ay sonra yenidən konsert etməkdə bir neçə məqsəd var idi ki, vaxtı çatanda hər kəsə məlum olacaq”, - deyə o, paylaşım edib.
İfaçı bildirir ki, ilk gün üçün biletlər 5 gün ərzində satıldı deyə 2-ci gün də konsert verməyə qərar verilib.
Orxan Zeynallının konserti “Elektra Events Hall”da 14 və 15 may tarixlərində baş tutacaq. Biletlərin qiyməti 30-200 AZN arası dəyişir.