Azərbaycan Dövlət Uşaq Filarmoniyasında martın 15-də “Sədəf” xalq çalğı alətləri ansamblı konsert proqramı ilə çıxış edəcək. Bu haqda bu gün, 13 mart tarixində Azərtac məlumat verib.
Proqramda xalq və bəstəkar mahnıları, habelə muğam və təsniflər ifa olunacaq.
Konsert ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.