Nərimanov rayonunda "12 avqust - Beynəlxalq Gənclər Günü" adlı tədbir təşkil olunacaq. Bu haqda 3 avqust tarixində Bakuplus.az məlumat verir.
Tədbir Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında avqustun 6-da saat 14:00-da baş tutacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə azərbaycanlı və əcnəbi gənclər ilə görüş keçiriləcək.