Bakı Ağır Cinayətlər Məhkəməsində Nəsimi rayonunda məscidin qarşısında tanışını öldürən şəxsə hökm oxunub. Bu haqda 18 dekabr tarixində Report xəbər verib.
İbrahim Əbilov küçəsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında avqustun 13-də 43 yaşlı Dadaş Həmzəyev Məhəmməd Rəhimov tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən aldığı xəsarətdən Həmzəyev xəstəxanada dünyasını dəyişib.
Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə təqsirləndirilən 38 yaşlı Məhəmməd Rəhimovun Bakı Ağır Cinayətlər Məhkəməsində prosesi baş tutub. Hökmə əsasən o, 17 il müddətinə azadlıqdan məhrum edilib.