Nəsimi və Suraxanı rayonlarında yanğın baş verib. Bu haqda 1 dekabr tarixində FHN xəbər verib.
Nəsimi rayonunda yerləşən 2 mərtəbəli restoranın 1-ci mərtəbəsinin xarici divarına quraşdırılan havalandırma qurğusunun mühərriki yanıb. Sahəsi 900 kv.m. olan restoran yanğından mühafizə olunub.
Suraxanı rayonunda avtomobil təmiri sexinində "Jaguar" markalı minik avtomobilinin mühərrik hissəsi, ön tərəfi və 2 ədəd təkəri yanıb.
Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.