Paytaxtın Nəsimi rayonu, Rəsul Rza və Dilarə Əliyeva küçələrinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Daewoo” markalı nəqliyyat vasitəsi və “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşublar. Nəticədə sürücülərdən biri xəsarət alıb. Avtomobillərə ziyan dəyib.
Təfərrüatlar araşdırılır.