Paytaxtın Nəsimi rayonunda avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
İyulun 21-də rayon ərazisində “BMW” markalı bir avtomobildən 1400 manat oğurlanıb. Keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini X.Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.