Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus məlumat verir.
Belə ki, Ceyhun Hacıbəyli küçəsində eyni istiqamətdə hərəkət edən “Kia” və “Mercedes” markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Mercedes”-ə isə ciddi maddi ziyan dəyib.