Sabunçu rayonunda “Səhnə” teatrında tamaşa nümayişi keçiriləcək. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
“Səhnə” teatrı tərəfindən 20 sentyabr saat 13:00-da Nardaran qəsəbə Mədəniyyət Mərkəzində “Qaranlıqdan işığa” tamaşası nümayiş olunacaq. Tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir. Əsər narkomaniyanın fəsadlarından, məhv olan həyatlardan, puç olan talelərdən və onunla mübarizə yollarından bəhs edir.
Tamaşa Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilir.