Bakı sakinini döyərək öldürən şəxs saxlanılıb. Bu haqda 1 dekabr tarixində Report məlumat verib.
Noyabrın 27-də Zabrat qəsəbəsində Sabunçu rayon sakini 59 yaşlı Məhəmməd Əliyev tanışı 57 yaşlı Rəhman Əzimov tərəfindən xəsarət alıb. Məlum olub ki, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, zərbənin təsirindən yerə yıxılaraq başı asfalt örtüyünə dəyərək xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb, lakin noyabrın 29-da xəstəxanada ölüb.
Rəhman Əzimov tutularaq istintaqa cəlb olunub. Onun barədə Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.