Paytaxtın Suraxanı və Xətai rayonlarında piyadaların iştirakı ilə avtoqəzalar baş verib. Bu haqda bu gün, 2 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Xətai rayonunda 51 yaşlı Telman Dünyamalıyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində isə nəqliyyat vasitəsi yolu keçən 63 yaşlı Fazil İsmayılovu vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hər 2 faktla bağlı araşdırma aparılır.