top
Ali Məhkəmə qanunsuz işdən çıxarılan şəxsi işə bərpa etdi
06 iyul 2026, 14:44
- ↺ +

Ali Məhkəmə qanunsuz işdən çıxarılan şəxsi işə bərpa etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmənin Mülki kollegiyası müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa olunma və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi ilə bağlı iş üzrə qərar qəbul edib.

Bu barədə Bakuplus.az məhkəmədən məlumat verilib.

İşin hallarına görə, mübahisə qurumda müddətsiz əmək müqaviləsi əsasında 5 ildən artıq müddət ərzində çalışmış şəxsin əmək münasibətlərinə xitam verilməsi ilə bağlı yaranıb. İşçi ilə sonradan 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanıb və müddətin bitməsi əsas götürülərək əmək münasibətlərinə xitam verilib. İddiaçı həmin əmrin qanunsuz hesab edilməsini, işə bərpa olunmasını, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini və digər tələblərin təmin olunmasını xahiş edərək məhkəməyə müraciət edib.

Birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apellyasiya instansiyası məhkəməsi qərarı ləğv edərək iddianı təmin edib.

Ali Məhkəmə qərarında əmək münasibətlərinin hüquqi tənzimlənməsinə dair yanaşmanı geniş şərh edərək bildirib ki, əmək qanunvericiliyi işin xarakterindən asılı olaraq əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmasını dəqiq müəyyən edir. Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda, bu münasibətlər müddətsiz əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Müddətli əmək müqaviləsi isə yalnız qanunda birbaşa nəzərdə tutulmuş istisna hallarda tətbiq oluna bilər.

Ali Məhkəmə xüsusilə vurğulayıb ki, iş materiallarına əsasən sözügedən mübahisəli vəzifə üzrə əmək funksiyası daimi xarakter daşıyır və bu hal tərəflər arasında mübahisə doğurmur. Belə olan halda, müddətli əmək müqaviləsinin seçilməsi hüquqi əsasla izah olunmalı, obyektiv zərurət və ya qanuni istisna halları ilə əsaslandırılmalıdır. Əks halda, bu cür müqavilə modeli əmək hüququnun mahiyyətinə zidd nəticələr yarada bilər.

Məhkəmə həmçinin "qarşılıqlı razılıq" anlayışına aydınlıq gətirərək qeyd edib ki, bu institut yalnız tərəflərin real hüquq bərabərliyi şəraitində sərbəst iradə ifadəsi əsasında mümkündür. İşəgötürənin üstün mövqedə olduğu əmək münasibətlərində formal razılıq əmək müqaviləsinin mahiyyətini dəyişdirən əsas kimi qəbul edilə bilməz. Uzunmüddətli əmək münasibətlərindən sonra işçinin qısa müddətli müqaviləyə keçməsi və bunun ağlabatan səbəblərlə izah olunmaması belə razılaşmanın könüllülüyü ilə bağlı şübhələr yaradır.

Ali Məhkəmə əlavə olaraq qeyd edib ki, əmək hüququ yalnız müqavilə münasibətlərinin tənzimlənməsi deyil, həm də işçinin konstitusion hüquqlarının qorunmasına xidmət edən hüquq sahəsidir. Bu baxımdan əmək münasibətlərində tərəflərin bərabərliyi, ədalət və qanunun aliliyi prinsipləri əsas götürülməlidir.

Nəticədə Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib və apellyasiya instansiyası məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
Bu gün, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Oxşar xəbərlər