Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 16 noyabr tarixində xəbər verir.
AMEA Prezidenti, akademik İsa Həbibbəyli imzaladığı sərəncama əsasən, Əsmər Əliyeva AMEA-nın Rəyasət Heyəti aparatının Sənədlərlə İş şöbəsinə müdir təyin olunub.
O, bundan əvvəl Humanitar Elmlər Bölməsinin baş mütəxəssisi vəzifəsində çalışıb.