Abşeronda avtomobilin vurduğu 60 yaşlı qadın xəstəxanada ölüb.
Bakuplus.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Rəsmiyyə Salehova Nemət qızını avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. O, 1 saylı Kilinik Tibbi Mərkəzdə vəfat edib.
Fakt üzrə araşdırma aparılır.