top
Azərbaycanda ilk rok opera müəllifinin doğum günüdür
27 dekabr 2025, 12:08
- ↺ +

Azərbaycanda ilk rok opera müəllifinin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür. Onun anadan olmasından 93 il ötür.

Oqtay Məmməd oğlu Kazımov (Kazımi) 27 dekabr 1932-ci ildə doğulub. Orta məktəbi Astarada bitirən Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb.

Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyib.

Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb.

1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaradıb.

Sonralar bəstəkar filarmoniyada musiqi redaktoru vəzifəsində çalışıb və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib.

O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer alıb. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa ediblər.

Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uverturaları, "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya" operettaları dillər əzbəri olub, müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.

O. Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməyib.

Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən Xalq artisti 2010-cu il avqustun 9-da, 78 yaşında Bakıda dünyasını dəyişib.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
Bu gün, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
Dünən, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Dünən, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Dünən, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Dünən, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Dünən, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Dünən, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Dünən, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Dünən, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Dünən, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
23 oktyabr 2026, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
23 oktyabr 2026, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
23 oktyabr 2026, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
23 oktyabr 2026, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
23 oktyabr 2026, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
23 oktyabr 2026, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
23 oktyabr 2026, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
23 oktyabr 2026, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
23 oktyabr 2026, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
23 oktyabr 2026, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
23 oktyabr 2026, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
23 oktyabr 2026, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Oxşar xəbərlər