Bakı Dövlət Sirkində təmir işləri başlayıb. Bu haqda 5 oktyabr tarixində Report məlumat verib.
Sirkdə restavrasiya işləri mərhələli şəkildə davam edəcək. Restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub:
"Təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib. Yeni mövsümdə heyvanlarla, xüsusilə də atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub", - sirkin direktor əvəzi Nahid Ağayev bildirib.
Həmçinin Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Noyabrın 27-nə kimi davam edəcək proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.